GƏZƏN DYUN

yerli hakim küləklərin istiqamətində yerini dəyişən, bitkilərlə bərkidilməmiş, eol qum yığını. странcтвующая дюна travelling dune
GƏZ
GƏZƏN QUMLAR
OBASTAN VİKİ
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Gəzən ölülər (komiks)
Gəzən ölülər (ing. The Walking Dead) — yazıçı Robert Kirkman və rəssam Toni Mur tərəfindən yaradılmış amerikan postapokaliptik komiks seriyası. Toni Mur ilk altı nəşr üçün rəssamlıq etmiş və ilk iyirmi dördün üz qabığını hazırlamışdır. Bundan sonra Çarli Adlard adlı başqa bir sənətçi bu işi öz üzərinə götürüb və seriyanın qalan hissəsinin rəsmlərini çəkmişdir. Komiks 2003-cü ildən başlayaraq Image Comics tərəfindən nəşr edilib və 193 seriya davam etmişdir. Robert Kirkman 2019-cu ildə gözlənilmədən komiksi sonlandırmaq qərarına gəlmişdir. Komiks əsasən ağ-qara rəngdə nəşr edilmişdir, yalnız bir neçə xüsusi nüsxəsi rənglidir. 2020-ci ilin oktyabr ayından etibarən nəşriyyat şirkəti nəşrlərinin rəngli versiyalarını buraxmağa başlayıb. Komikslərin rənglənməsi işi Deyv Makkeyqə həvalə edilmişdir. Komiks Kentukkidə polis əməkdaşı işləyən Rik Qrayms haqqındadır.
Gəzən ölülər (teleserial, 2010)
Gəzən ölülər (ing. The Walking Dead) — postapokaliptik qorxu-drama janrında ABŞ teleserialı. Serial Robert Kirkman, Toni Mur və Çarli Adlardın yaratdığı "Gəzən ölülər" komiksi əsasında çəkilib. Süjetdə bir qrup insanın zombi qiyaməti zamanı sağ qalmağa çalışdıqları göstərilir. "Gəzən ölülər" serialı ilk dəfə 31 oktyabr 2010-ci ildə "AMC" kanalında yayımlanıb. Birinci mövsüm 6 seriyadan, ikinci mövsüm isə 13 seriyadan ibarətdir. Birinci mövsüm tənqidçilər tərəfindən yaxşı qəbul olunmuş və bir neçə mükafatlara, o cümlədən, "Qızıl Qlobus" mükafatının "Görkəmli Dram Serialı kateqoriyasında" mükafata layiq görülmüşdür. Şerifin köməkçisi Rik Qrayms cinayətkarlara qarşı mübarizə aparan zaman ağır güllə yarası alır və bu səbəbdən komaya düşür. Tibb məntəqəsində ayılandan sonra Rik görür ki, həkimlər yerlərində yoxdur və bütün bina bərbad haldadır. Getdikcə Rik başa düşür ki, bütün bunlara səbəb dirilən ölülər olub.